ASU Studiya

Xidmətlər

Gel, Çistka

Gel, Çistka​

Çistka (dərinin təmizlənməsi) proseduru bütün dərilərə xüsusilə də yağlı və qarışıq dərilərə vacibdir. Gündəlik makiyajdan istifadə, tonal kremlər, ekologiyanın çirkli olması dəridə buna ehtiyac yaradır .Hər gün dəridə hüceyrələrin yenilənməsi prosesi gedir. Çistka etdirmədikdə dəridə ölmüş hüceyrələr çoxalır və dərinin rəngi boğulur. Məsamələr tıxanır. İstifadə edilən kremlər maskalar dəriyə yaxşı hopmur .

Çistka proseduru vakkum, brasaj, ultrasəs, manual üsullarla həyata keçirilir. Prosedur zamanı müxtəlif skrablar, təmizləyici və antibakterial gel və maskalar istifadə edilir. Prosedurun sonunda isə quruducu və məsamə bağlayıcı maska çəkilir və mütləq darsanval edilir. Bu zaman azon buxarının təsiri altında açılmış məsamələr bağlanır, dəridə yaranan qızartılar çəkilir və dəri sakitləşır. Sonda dəriyə uyğun krem çəkilir.

Haqqımızda

Gözəllik salonumuzda sizə unikal və fərdi xidmət təklif edirik. Bizim mütəxəssislərimiz saç, dəri və bədən baxımında ən son trendləri və texnikaları istifadə edərək sizin gözəlliyinizi ön plana çıxarır. 

© 2024 ASU Studiya, Bütün hüquqlar qorunur!